“Ramin Bayramlı əvvəldən TƏBİB-ə sədr seçilməməli idi, o, özü…” – AÇIQLAMA

Gündəm

13 Sentyabr 2021 | 14:35

257 dəfə oxunub

Xəbər verdiyimiz kimi, TƏBİB İdarə heyətinin sədri Ramin Bayramlı və müşaviri Şəhriyar Fətullayev istefa verib.

Hazırda tibb işçisindən tutmuş qeyri-tibb işçisinə qədər hər kəsi maraqlandıran sual Ramin Bayramlının istefa səbəbidir.

Tanınmış ictimai xadim, tibb elmləri namizədi Rəşid Mahmudov xia.az-a bildirib ki, dünyanın heç bir yerində TƏBİB kimi qurum yoxdur: “Səhiyyə Nazirliyi deyilən bir qurum varkən, TƏBİB-ə nə ehtiyac var idi? Gedib özlərindən qurum yaradıbılar. Ünvanlanan bütün suallara Səhiyyə Nazirliyi cavab verməlidir. Bizdə heçnəyə cavabdeh adam yoxdur. O boyda Səhiyyə Nazirliyini kənara qoyub, yerində TƏBİB yaradıblar. Nəinki Ramin Bayramlı, mən bütünlüklə TƏBİB-in fəaliyyətindən narazıyam. Azərbaycanda Virusologiya İnstitutu var və orda iki yüzdən çox alim işləyir. Ramin Bayramlı bir dəfə çağırıb o alimlərdən soruşmadı ki, bu virus nədir?! Məndən soruşurlar, mən isə fizioloqam”.

Rəşid Mahmudov qeyd edib ki, virusu terapevtdən, fizioloqdan soruşurlar və bu isə doğru deyil: “Koronavirusu indi ginekoloqlar, terapevtlər müalicə edir. Belə olmaz. Düzgün iş deyil. Azərbaycanın savadlı epidemioloqları var, çağırın bu virusun yayılma yollarını onlardan soruşun. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu işlə Səhiyyə Nazirliyi məşğul olmalı idi. Azərbaycanda Vəli Axundov adına Virusologiya İnstitutu var. And olsun Allaha ki, indiyə qədər ordan bir nəfərdən belə bu virus haqqında maraqlanmayıblar. Ayıbdır! Belə olmaz!  Ramin Bayramlı əvvəldən TƏBİB-ə sədr seçilməməli idi. O, özü də labarotoriyada işləyib. Bu necə işdir, bilmirəm, həkimi mühəndis, mühəndisi həkim qoyurlar”.



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021