Reza Deqati fəxri diplomla təltif olundu

23 Sentyabr 2021 | 17:39

725 dəfə oxunub

Bu gün dünya şöhrətli fotorepartyor Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub.

 

Bu barədə MŞ-dan bildirilib.

 

Şura sədri Əflatun Amaşov deyib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən, jurnalistlərin özlərinin formalaşdırdıqları qurumdur. İkinci Qarabağ Müharibəsi reallıqlarının, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması məsələlərindən söz açan Ə.Amaşov bildirib ki, Azərbaycan zaman-zaman dünyanın ikili standartlar siyasətindən əziyyət çəkib. Bu baxımdan müharibədə baş verənlərin olduğu kimi çatdırması xüsusi önəm daşıyırdı. Bunu reallaşdıran hər biz şəxs azərbaycanlıların sevimlisidir. Bu baxımdan R.Deqati də Azərbaycan cəmiyyətinin rəğbət bəslədiyi sənət adamıdır.

 

Ə.Amaşov R.Deqatinin İkinci Qarabağ Müharibəsi dönəmindəki fəaliyyətindən söz açaraq bu işi böyük fədakarlıq kimi dəyərləndirib.

 

O, rəhbərlik etdiyi qurumun fəxri diplomunu qonağa təqdim edib.

 

R.Deqati bildirib ki, ermənilər işğal altında saxladıqları Qarabağın mədəniyyətinə böyük zərər vurub, ekoloji terror həyata keçirib, qəbiristanlıqlarda vəhşiliklər törədib, şəhərləri, kəndləri viran qoyublar. Səfərdə məqsəd bunları çəkmək və dünya ictimaiyyətinə çatdırmaqdır. O, Azərbaycanda hər zaman böyük diqqət və qayğıyla qarşılandığını deyib və bu amilin onu yaradıcılıq üçün daha da həvəsləndirdiyini dilə gətirib.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021