Rusiya FTX terrorçu təşkilata üzvlükdə şübhəli bilinən 15 nəfəri saxlayıb

DÜNYA

23 Sentyabr 2021 | 12:02

1167 dəfə oxunub

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sverdlovsk vilayətində keçirdiyi üç xüsusi əməliyyat çərçivəsində terrorçu cəmiyyətin üzvü olmaqda şübhəli bilinən 15 nəfər saxlanılıb.

Xia.az TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Federal Təhqiqat Xidmətinin regional idarəsinin mətbuat xidməti yayıb.

Məlumata görə, həmin şəxslərdən 3 kq ammonium-nitrat tərkibli partlayıcı maddə aşkarlanaraq götürülüb.

Bildirilib ki, onlarla əcnəbinin ölkədən deportasiyası, bəzilərinin isə Rusiyaya girişinə müəyyən müddətə qadağa qoyulması barədə qərar qəbul edilib.

Qeyd edək ki, FTX-nin əməkdaşları bir müddət əvvəl Mərkəzi Asiyadan olan əmək miqrantlarını terrorçuluq fəaliyyətində şübhəli bilərək saxlamışdı.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021