Şəhid Anar Nağıyev Sahib oğlunun xatirəsinə...
 

ZƏFƏR YOLU

14 Sentyabr 2021 | 12:30

326 dəfə oxunub

Görün necə...
Bu vətənin sağlığına can verənlər yaşayarmış,
Yaşadıqca vətən adın zirvələrə daşıyarmış,
Görün necə, vətən üçün əlləriylə daş oyarmış,
Şəhidlərim...

Görün necə...
Pak torpağa paklığını qanlarıyla bəxş edərlər,
Yaddaşlara igidliyi, mərdliyini nəqş edərlər,
Görün necə, azadlığı bizə verib, tez gedərlər,
Şəhidlərim...

Görün necə...
Yaramızı sarmaq üçün gəncliyinə vəda edib,
Həqiqi eşq ilə canı vətəninə fəda edib,
Anar kimi şəhadəti könlümüzə nida edib,
Şəhidlərim...


Müəllif; Vüsalə VƏTƏNXAN



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021