Şəhid hərbçimiz dəfn olundu 

CƏMİYYƏT

14 Oktyabr 2021 | 16:24

179 dəfə oxunub

Goranboylular Vətən müharibəsi Şəhidi İxtiyar İlqaroğlu ilə vidalaşıb.

Xia.az xəbər verir ki, Goranboy rayonunun Goranlı kəndindən, Qarabağın azadlığı uğrunda aparılan 44 günlük Şanlı Vətən müharibəsinin  iştirakçısı, 2020-ci il oktyabrın 6-da Suqovuşan-Ağdərə-Murovdağ  istiqamətində gedən döyüşlərdə itkin düşmüş, Ordumuzda müddətdən artıq hərbi xidmət edən, gizir, 06 iyul 1994-cü  il təvəllüdlü Şəhid İxtiyar İlqaroğlu bu gün doğulduğu kənddə dəfn edilib.

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, rayonun digər rəhbər şəxsləri, Şəhidimizin  döyüş yoldaşları və xidmət etdiyi hərbi hissənin hərbiçiləri, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.(modern.az)



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021