Soçi görüşü öncəsi Putinlə Ərdoğan arasında GƏRGİNLİK

DÜNYA

22 Sentyabr 2021 | 14:50

632 dəfə oxunub

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın çıxışı Kremldə narazılıq doğurub.

 

Xia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Krımın Rusiya tərəfindən ilhaq olunmasını qəbul etmədiklərini söyləməsini təəssüflə qarşılayıb.

“Kreml Ərdoğanın Rusiyaya səfərə hazırlaşdığı məqamda Krımla bağlı dediklərindən təəssüflənir”-deyə Peskov söyləyib.

 

Xatırladaq ki, Ərdoğan sentyabrın 29-da Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021