Təyyarələrimiz Türkiyə səmasında "Solotürk"lə birgə şou göstərdi - VİDEO

Gündəm

22 Sentyabr 2021 | 10:50

770 dəfə oxunub

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29" tipli döyüş təyyarələri Atatürk Beynəlxalq Hava Limanında keçirilən "Texnofest-2021" festivalındakı aviaşouda uçuşlarını həyata keçirir. 

Xia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "SOLOTÜRK"lə birgə edilən uçuşlar zamanı havaya ilk bizim təyyarələr qalxıb. 

"İlk olaraq "MİQ-29" havaya qalxdı, aktobatik hərəkətlərilə gözdolduran tamaşa sərgilədi", - deyə məlumatda bildirilib.  

Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd "MİQ-29" qırıcı təyyarələri müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcək.

 

 

 

 



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021