“Toyota” Ginnessin rekorduna imza atdı

12 Oktyabr 2021 | 09:30

948 dəfə oxunub

“Toyota Mirai” avtomobili 2021-ci ildə hidrogenlə işləyən maşınlar arasında uzaq məsafəyə gediş üzrə dünya rekorduna imza atıb.

Bu barədə Xia.az yapon markasının mətbuat xidmətinə istinadən xəbər verir.

“Toyota Mirai” əlavə yanacaq doldurmadan iki gün ərzində 1 360 kilometr məsafə qət edərək, Ginnessin “Rekordlar” kitabına düşüb. Səfər bu ilin avqustunun ikinci yarısında ümumi istifadə edilən yollar üzrə olub və Cənubi Kaliforniyada baş tutub. “Rekordlar” kitabının nümayəndələri səfəri müşahidə edib.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021