"TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri davam edir - VİDEO

SİYASƏT

13 Sentyabr 2021 | 17:13

238 dəfə oxunub

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərində aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Bu barədə Xia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə Vətən müharibəsində qazanılan təcrübə qardaş ölkənin hərbi pilotları ilə birgə təhlil olunaraq müxtəlif ssenarilər üzrə məşq etdirilir.

Ssenarilərə əsasən hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunur.



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021