Ukrayna Prezidentinin müşavirinə sui-qəsd olub

DÜNYA

22 Sentyabr 2021 | 13:21

385 dəfə oxunub

Ukrayna Prezidenti Volodimir Zelenskinin birinci müşaviri Sergey Şefirə sui-qəsd olub.

Xia.az xəbər verir ki, məlumatı “ukranews” yayıb.

“Sergey Şefirə atəş açılıb. Onun sürücüsünə 3 güllə dəyib. Hazırda yaralı sürücü ağır vəziyyətdə reanimasiyadadır. Sergey Şefir sağdır və yaralanmayıb”, - məlumatda bildirilib.

UNN-in məlumatına görə, S.Şefirin avtomobilinə 12 güllə dəyib. Hadisə Kiyev vilayətində törədilib.

Prezidentin müşavirinə hücum edənlərin tutulması istiqamətində axtarış-əməliyyat tədbirləri keçirilir.



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021