Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq istifadəyə verildi - FOTO/VİDEO

CƏMİYYƏT

15 Sentyabr 2021 | 19:41

503 dəfə oxunub

Bu gün Vətən müharibəsi şəhidi Rəşad Ələkbərovun xatirəsinə ehsan bulağının açılışı olub.

Xia.az-ın məlumatına görə, 15 sentyabr 1997-ci ildə Gəncə şəhərində anadan olan Rəşad Ələkbərov 2016-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək Ağcabədi, Füzuli, Beyləqan rayonlarında hərbi xidmətdə olub.

O, 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan əks hücum əməliyyatları - Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib.

Şuşa işğaldan azad olduqdan sonra ordumuzun Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı noyabrın 9-da şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib.

Rəşad Ələkbərov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

 

 



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021