Yaqub Zurufçunun son durumu AÇIQLANDI

MƏDƏNİYYƏT-ŞOU

14 Sentyabr 2021 | 09:11

184 dəfə oxunub

“Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti axşam saatlarından etibarən bir az da ağırlaşıb”.

Bu barədə onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

O bildirib ki, həkimlərin sözlərinə görə, sənətçinin vəziyyətini stabil saxlamaq çətinləşib:

“Həkimlərlə danışırıq. Onlar deyir ki, əlimizdən gələni edirik. Lakin Yaqubun vəziyyətini stabil saxlamaq olmur. Vəziyyəti bir qədər də ağırlaşıb”.

Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub. Onu dərhal “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlər Y.Zurufçunun vəziyyətini stabil ağır olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Y.Zurufçunun müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb.



SON XƏBƏRLƏR

24 Sentyabr 2021
23 Sentyabr 2021