Zabrat Qəsəbəsinin Keçilməz Yolları...

CƏMİYYƏT

12 Oktyabr 2021 | 19:23

309 dəfə oxunub

Media İnformasiya Mərkəzi ( miminfo.az ) olaraq, bu gün Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsində olduq. Çəkdiyimiz video və şəkillərdən göründüyü kimi, qəsəbənin yolları bərbad durumdadır. Elə yerlər var ki, keçilməsi müşkül durumdur. Yerli sakinlər müsahibə vermək istəməsələr də, öz narazılıqlarını, aidiyyatı qurumların probleməri həll etmədiklərini şifahi olaraq bildirdilər. Sakinlərlə həmsöhbət olduğumuz zaman bəlli oldu ki, çox ümidsizdirlər. Elə bu üzdən də müsahibə vermək istəmədilər. Bir xeyri olacağını düşünmürlər. Qəsəbənin küçələrini gəzdikcə, sakinlərlə söhbət əsasında  şahid olmaq olur ki, vətəndaşların, əsasən də gəncləri çoxu işsizdir. Bu isə ayrı bir mövzudur... 

Sayıb bitməklə bilinməyən qəsəbə problemlərinin nə zaman həllini tapacağını soruşmaq ümidi ilə yollandıq ərazi icra nümayəndəliyinə. Nəinki sullarımıza cavab ala bilmədik, hətta kobud şəkildə qarşılanıb, hədə-qorxu ilə yola salındıq. Problemlərin həlli üçün ümid etməkdən başqa çarəmiz qalmır. - Elə sakinlərində. 

Miminfo.az  // Elçin Əlizadə

 

 



SON XƏBƏRLƏR

26 Oktyabr 2021
25 Oktyabr 2021