Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində, “1 oktyabr–Beynəlxalq Ahıllar günü” ilə bağlı, tədbir keçirildi. Xia.az xəbər verir ki, Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri və bir qrup ictimai fəallar iştirak etdilər. Tədbirdə çıxış edən ağsaqqallar, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında və həyata keçirdiyi məqsədyönlü geosiyasi tədbirlər nəticəsində, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin daha da artdığını, dövlət suverenliyimizin bərpa olunmasını, azad olunmuş torpaqlarımızda əsaslı və genişmiqyaslı bərpa, tikinti-quruculuq işlərinin aparıldığını yüksək qiymətləndirdilər. Həmçinin, Goranboy rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında da diqqətçəkən inkişafın olduğunu vurğuladılar.
Goranboyda “1 oktyabr – Beynəlxalq Ahıllar günü” qeyd edildi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.