Bu gün Suraxanı rayonunda şəhid ailələri və qazilərlə görüş keçirilib.
xia.az xəbər verir ki,Görüşün təşkilatçısı “Günəşli İnşaat” tikinti şirkətinin rəhbəri Firutan Məmmədov tədbir iştirakçılarına Ramazan bayramı münasibətilə şam süfrəsi açdı. Tədbirdə qazilər və şəhid ailələri olmaqla bir neçə ictimai birliyin nümayəndələri də iştirak edirdi.
Görüşdə 44 günlük Vətən Müharibəsində şəhid olanların valideynləri,qazilər və .eləcə də I Qarabağ müharibəsi qaziləri çıxışlar etdilər.
Çıxışlarda dövlət başçısı İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şəhid və qazi ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açıldı.Bundan başqa onların arzu və istəkləri dinlənildi.Son ildə onların həyat şəraitinin yaxşılaşdırılması,sosial problemlərinin həlli,eləcə də Yaşat Fondunun xəstə və yaralı qazilərin müalicə olunmasında göstərdikləri yardımı qənaətbəxş hesab etdilər.
Tədbirin təşkilatçısı Firutan Məmmədov əvvəllər də olduğu kimi bu dəfə də onların arzu və istəklərinin həyata keçməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etdi.
İş adamının sözlərinə görə,bu il bir neçə şəhid və qazi ailəsinə müxtəlif yardımlar etmişdir.Evinin tikilməsi,şəhid bulağlının yaradılması və xeyli sosial problemlərin həll olunmasına nail olub.Bundan sonra da söylənilənproblemlərin həlli istiqamətində işlər aparılacağını qeyd etdi.
Sonda tədbir iştirakçılarına hədiyyələr təqdim olundu və şam süfrəsi açıldı.
Şəhid ailələril və qazilərlə görüş keçirildi.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.