Xia.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazovla birgə Çaylı kəndində “Frutti Aqro” MMC tərəfindən yeni salınmış intensiv meyvə bağına baxış keçiriblər.
Yeni salınmış intensiv meyvə bağına baxış keçirilən zaman “Frutti Aqro” MMC-nin rəhbəri Rəşad Məmmədov bağ barədə ətraflı məlumat verərək bildirib ki, “Frutti Agro” MMC 12.04.2022 ci ildə təsis edilmisdir. Şirkət Tərtər rayonunda yerləşir. Əsas fəaliyyət istiqaməti bağçılıqdır. Şirkətin balansında ümumi olaraq 430 hektar ərazi mövcuddur. Ərazinin 24 saat mühafizəsini təmin etmək məqsədi ilə mühafizə postları yerləşdirilmiş və müşahidə kameraları quraşdırılmışdır. İlkin mərhələdə ümumi sahəsi 321 ha olan ərazidə 175 ha xurma, 120 ha nektarin və şaftalı, 10 ha ərik və 16 ha əncir intensiv bağı salınmışdır. MMC- də 100 nəfər daimi, 200 nəfər mövsümü işçi çalışır.
Ərazilərin suvarılması məqsədi ilə ümumi həcmi 200 min kub metr olan süni göl yaradılmışdır. Gölün qidalanması Suqovuşan su anbarından ayrılan kanaldan təmin edilməkdədir. Bağın dayanıqlı enerji ilə təchiz edilməsi məqsədilə ümumi uzunluğu 5 kilometr olan elektrik xətti çəkilmişdir. İntensiv bağın suvarılmasının idarə olunması İsrail istehsalı avtomatik damlama suvarma sistemi vasitəsilə həyata keçirilir. Bu məqsədlə ümumi sahəsi 200 kvm olan nasosxana tikilmişdir. Sahədə hərəkətin təmini üçün 16 kilometr uzunluğunda servis yolları salınmışdır.
Bağda aqrotexniki işlərin aparılması məqsədi ilə 12 ədəd traktor və dərman çiləyicilər, işçilərin işə rahat gəliş-gedişinin təmini məqsədilə şirkət tərəfindən servis mikroavtobusları təşkil olunmuşdur. Eyni zamanda texnika və nəqliyyat vasitələrinə texniki qulluğun aparılması üçün qaraj və parklama yerləri salınmışdır.
Ərazidə əlavə olaraq konteyner tipli ofislər, yeməkxanalar quraşdırılmış, ümumi sahəsi 240 kvm olan mal-material və gübrə anbarı tikilmişdir.
Tərtərdə “Frutti Aqro” MMC tərəfindən yeni salınmış intensiv meyvə bağına baxış keçirilib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.