Ziyəddin Səfərov hadisə baş verən gün səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb.
"Xia.az" xəbər verir ki, bunu Baş prokurorluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov məlumat verib.
O bildirib ki, 27 iyun 2025-ci ildə Azərbaycan vətəndaşları Rusiyanın hüquq-mühafizə orqanları tərfindən öldürülməsi nəticəsində araşadırma başlanılıb:
"İlkin araşdırma zamanı məlum olub ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində azərbaycanlılar saxlanılıb. Əməliyyat qurumunun əməkdaşları tərəfindən onlara ağır xəsarətlər yetirilib. Nəticədə Hüseyin Səfərov elə həmin gün Yekaterinburq şəhərində ölüb. Ziyəddin Səfərov isə həmin gün səhər saatlarında Rusiya hüquq mühafizə-orqanlarının avtomobilində ölüb".
Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.