Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin göstəriş və tapşırıqları əsasında Aparat nümayəndələri və məsul şəxslərin iştrakı ilə Goranboy rayonunun kənd və qəsəbələrində Şəhid və Qazi ailələri ilə görüşlər keçirilərək onları narahat edən problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.
Xia.az xəbər verir ki, Dəliməmmədli şəhərində, “27 sentyabr Anım günü” ilə bağlı, Şəhid ailələri ilə görüş keçirildi.
“27 sentyabr Anım günü” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına əsasən, rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Seymur Nazarov, rayonun xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar ilə birgə, Dəliməmmədli şəhərində Vətən Müharibəsi şəhidi Əliyev Sənan Ceyhun oğlunun ailəsinə məxsus həyətdə, Dəliməmmədli şəhəri, Fəxralı, Bağçakürd, Düzqışlaq, Qarasuçu və Muzdurlar kəndlərindən olan Şəhid ailələri ilə görüş keçirdi, şəhid ailələrinin sosial qayğıları ilə maraqlandı, onların təklif və müraciətlərini dinlədi.
Sonda Şəhid ailələri və Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Elçin Tağıyev.
Seymur Nazarov Şəhid ailələri və Qazilərin qayğıları ilə maraqlandı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.