Bəzən taksi sürücüləri həm özünü, həm də ətrafdakıların həyatını təhlükəyə atırlar. Buna səbəb sürücülərin avtomobil idarə edərkən oyun oynaması və ya başqa işlə paralel məşğul olmasıdır.
Avtomobil idarə edərkən mobil telefondan müxtəlif məqsədlər üçün istifadə etmək ağır yol nəqliyyat hadisəsi ilə nəticələnir.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bu kimi hallara yol verən şəxsləri cəza gözləyir: "Hərəkətdə olan nəqliyyat vasitəsini idarə edən sürücünün sükan arxasında telefondan istifadə etməsi inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulmuş maddəsinə uyğun olaraq bu kimi hallarda 50 manat cərimə tətbiq oluna bilər".
Taksi sürücülərinin NƏZƏRİNƏ! - Bu halda cərimələnəcəksiniz

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.