Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələlərdən sonra məktəblərdə bir həftəlik tətil elan edilib.
Hürriyet” xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmud Özər deyib.
“Bütün Türkiyədə fevralın 13-nə qədər məktəblərimizi bir həftəlik tətil edirik.
Beləliklə, xalq, dövlət olaraq həm prosesləri daha rahat həyata keçirmək, həm də digər vilayətlərdəki vətəndaşlarımızın, xüsusən də bu 10 vilayətdə qohum-əqrəbası olan vətəndaşlarımızın gediş-gəlişini asanlaşdırmaq baxımından bu qərarı vermişik. Amma bütün vilayətlərimizdə, xüsusilə 10 vilayətdəki bütün məktəblərimiz vətəndaşlarımızın xidmətinə açıq saxlanılacaq. Yaşayış və iaşə ilə bağlı bütün növ xidmətlər 7/24 fasiləsiz olaraq məktəblərimizdə və müəllim evlərində vətəndaşlarımıza çatdırılacaq",- deyə o söyləyib.
Türkiyədə dərslər bir həftəlik dayandırıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.