Keniyada 20 il əvvəl pastor Pol Makkenzi tərəfindən yaradılmış “Xoş xəbərlər” beynəlxalq kilsəsinin üzvlərinin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Keniyanın şərqində son üç gündə tapılan cəsədlərin sayı 47-yə çatıb. Onlar dünyanın sonunun yaxınlaşdığını düşünüb və bu səbəbdən aclıq edib.
xia.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Qeyd olunub ki, Polis Malindi şəhəri yaxınlığında aparılan işləri davam etdirir.
Keniyanın dövlət televiziyası “KBC” isə bildirib ki, Malindi bölgəsində 58 məzar tapılıb, bəzilərində bir neçə nəfər basdırılıb. Artıq bəzi məzarlar polis ekspertləri tərəfindən açılıb, digərlərinə yaxın günlərdə baxış keçiriləcək.
Pastor Makkenzi dindarın əbədi həyat qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır. 2017-ci ildən bəri Keniya məhkəmələri pastora qarşı müxtəlif ittihamlarla iddialar qaldırsalar da, o, azadlıqda qalmağa davam edib. Ötən ay isə o, iki uşağın aclıqdan ölümündə əli olmaqda şübhəli bilinərək həbs edilib.//report
Keniyada dünyanın sonunu gözləyən 47 nəfər aclıqdan ölüb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.