Dünyanı ŞOKA salan araşdırma: Qiyamət yaxınlaşır, yalnız bu ölkələr salamat qalacaq

İqlim dəyişikliyi, təbii fəlakətlər və epidemiyalar bütün dünyada həyəcan təbili çalarkən, bəzi zəngin insanların yeraltı sığınacaqlar qazması xəbərləri bütün dünyada narahatlıqları artırır. Mümkün qlobal fəlakətlər zamanı hansı ölkənin daha şanslı olduğu maraq doğurur.
“International Journal of Risk Analysis” tərəfindən nəşr olunan son araşdırmada qiyamət zamanı hansı ölkələrin daha təhlükəsiz olacağı traflı şəkildə açıqlanıb. İslandiya, Solomon Adaları və Vanuatu kimi ada ölkələrinin “sağ qalmaq” üçün ən yaxşı yerlər arasında olduğu qeyd edilir. Bu ölkələr nüvə müharibəsi, super vulkan püskürməsi və ya asteroidin vurması kimi dağıdıcı hadisələrin törətdiyi fəlakətlərdə şanslı vəziyyətdədirlər. Bildirilir ki, günəş işığının qəfil azalması halında həyatda qalmaq və əhalisini saxlamaq üçün ən yaxşı təchiz olunmuş ölkələr ada ölkələridir.
xia.az xəbər verir ki,araşdırmada mümkün fəlakətlər belə ifadə edilir: “Nüvə qışı - ərzaq təchizatına təsirlər nəticəsində milyonlarla ölüm də daxil olmaqla, bunun dəhşətli nəticələri olacaq. Böyük miqdarda tüstü və toz atmosferə qalxacaq və yerin səthini bürüyəcək”.
Tədqiqatçılar post-apokaliptik dünyada sağ qalmaq üçün 38 ada ölkəsini 13 xüsusiyyət üzrə qiymətləndiriblər. Avstraliya qida təchizatı və infrastrukturuna görə siyahıya başçılıq edir, Yeni Zelandiya isə nüvə silahından azad statusuna və okeana yaxınlığına görə güclü mövqedə qərarlaşıb ki, bu da ekstremal temperatur dəyişikliklərindən qorunmağa kömək edəcək.
“Avstraliyanın ərzaq təchizatı sahəsi böyükdür və on milyonlarla əlavə insanı qidalandırmaq potensialına malikdir”, - tədqiqatda deyilir.
“Təhlillərimizə görə, o, keyfiyyətli infrastruktur, böyük enerji ehtiyatı və dünyada ikinci ən böyük səhiyyə xidmətləri baxımından ən yüksək təhlükəsizliyə malik qitədir”, - alimlər əlavə edib. //Publika.az
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.