Somalidə iki milyona yaxın uşaq acdır

“Somalidə təxminən 1,7 milyon uşaq qida çatışmazlığı ilə üzləşir, böyüklərin isə təxminən 40%-nin təcili yardıma ehtiyacı var”.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) direktor müavini Bet Bekdol ölkəyə səfərindən sonra bildirib.
“Somalidə hər beş nəfərdən ikisinin təcili tibbi yardıma ehtiyacı var. 1,7 milyon uşaq isə qida çatışmazlığından əziyyət çəkir”, - deyə o açıqlamasında söyləyib.
Qeyd edək ki, Somali 2023-cü ilin noyabrında güclü daşqınlarla üzləşib. BMT-nin məlumatına görə, təbii fəlakət 1,6 milyondan çox insana zərər vermiş ola bilər. Yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, 1,5 milyon hektara yaxın kənd təsərrüfatı sahəsi məhv olub. Ən qorxulu vəziyyət ölkənin cənubundakı Djubba çayı vadisində yaranıb. Vəziyyət ona görə mürəkkəbdir ki, zərər çəkmiş ərazilərin bəziləri hökumət tərəfindən deyil, “Əl-Qaidə” ilə əlaqəli “Əl-Şəbab” radikal qruplaşmasının nəzarətindədir.//oxu.az
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.