“İran Rusiyaya silah tədarük etdiyinə görə cavab verməlidir”.
“Ukrinform” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.
“Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen ilə telefon danışığında İran rejiminə qarşı təzyiqin gücləndirilməsini müzakirə etdik. İranın Rusiya terrorunda iştirakı cəzalandırılmalıdır. Biz bu məsələni yalnızca ənənəvi tərəfdaşlarımız səviyyəsində qaldırmayacağıq. Bütün dünya biləcək ki, İran Rusiyaya bu müharibəni uzatmağa kömək edir”, - deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, İran Rusiyaya silah göndərməsəydi, Ukrayna hazırda qələbəyə yaxın olardı: “Rusiyaya bu müharibəni uzatmağa kömək edən hər bir kəs onunla birgə bu müharibənin nəticələrinə görə cavab verməlidir”.
Qeyd edək ki, Ukrayna tərəfinin açıqlamasına görə, ölkə müharibədə hər gün azı 10 ədəd İran istehsalı “Shahed-136” pilotsuz uçuş aparatları zərərsizləşdirir. İran tərəfi isə Rusiyaya PUA göndərməsi ilə bağlı xəbərləri təkzib edir.
“İran buna görə cavab verməlidir” - Zelenski

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.