Şərəfli ömür yolu

Ötən gün tanınmış əməkdar müəllim yeni bir mükafata layiq görülüb.
Müəllim adını şərəflə daşıyan çoxlarının hörmət bəslədiyi əməkdar müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm " və " Ustad sənətkar "ali media mükafatları laureatı Tamilla Muradova "Şərəfli ömür yolu"media mükafatına layiq görülüb.
Müəllim hara getsə, ömürlərə ömür və həyat bəxş edir. Həyatını və ürəyini peşəsinə bəxş etdi Tamilla müəllimə.
Tamilla Əmirkişiqızı Muradova füsunkar təbiətli Buzovnada doğulub, boya-başa çatıb.
Buzovnadakı 125 N-li tam orta məktəbin məzunu olub. 1971-ci ildə APU-nun Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. Tamilla Əmirkişiqızı təhsil sahəsində qazandığı uğurlara görə "Əməkdar müəllim" fəxri adını alıb. İlk qələm təcrübəsi Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq "Buzovna şəhidləri" kitabıdır. "Tale yükü" , "Nağılın sonu olmur" , Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi "Tarix qəhrəmansız yaşaya bilməz" povesti , "Kəbir Azərinin söz dünyası" ," Bu dünyanı ürəyində gəzdirir" , "Laqeydliyin bəlası" , " Hikmət dünyası" , "Həyatın üçüncü üzü varmı" , bədii publisistik əsərləri və "Dünyamı söz bəzəyir", "Tanrı quşuyam", "Arzularım boyda dünyam olaydı" şeir kitabları çapdan çıxmışdır. "Söz xəzinədir" toplumu isə zamanın sınaqlarından çıxan, elin varına, sərvətinə çevrilən bu kitabda 6500 yaxın Atalar sözləri, Aforizmlər, Müdrik kəlamlar toplanmışdır.
Xalqın qanına canına sevilə-sevilə hopan yaddaşlardan süzülüb gələn nümunələr sahibinin-xalqının varidatına çevrilib. Üç metodik vəsaitin müəllifidir.
Tamilla Əmirkişiqızının on dördüncü kitabı "Düşüncələrim" adlanır. Tamilla Əmirkişiqızı Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Qızıl qələm", "Ustad sənətkar", "inam", "Nurlu ziyalı" Ali media mükafatları laureatı Diplomlarına layiq görülüb. Tamilla Əmirkişiqızı İ.Tağıyev adına 26N- li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.
Tamilla Muradovanı redaksiya adından təbrik edirik.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.