“Crocus City Hall”un sahibi Araz Ağalarov konsert zalında baş verən terror aktına ilk dəfə münasibət bildirib.
xia.az xəbər verir ki, RBC ilə söhbətində o, hadisəni dəhşətli faciə adlandırıb.
Ağalarov bildirib ki, terrorçular konsert zalına qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar. Bundan sonra onlar gördükləri hər şeyi atəşə tutmağa başlayıblar.
“Crocus City Hall”un sahibinin sözlərinə görə, bir mühafizəçi həlak olub, digəri isə yaralanıb.
“Onlar hətta mühafizəçi də deyillər. Biz onlara “nəzarətçilər” deyirik”, - deyə Ağalarov qeyd edib.
Xatırladaq ki, martın 22-də axşam saatlarında kamuflyajlı və pulemyotlu naməlum şəxslər “Picnic” qrupunun çıxış edəcəyi konsert zalına nəzarəti ələ keçirib. Terrorçular pulemyotlardan tamaşaçılara atəş açıb, daha sonra “Crocus”un binasını yandırıblar. Bütün gecə yanğınla mübarizə aparılıb, xilasedicilər günorta saatlarında binaya daxil ola biliblər.

//publika
Araz Ağalarov "Crocus" DƏHŞƏTİNDƏN DANIŞDI: "Konsert zalına oradan daxil olublar" - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.