Keçmiş "Milyonçu" məktəb direktoru Elm və Təhsil Nazirliyini məhkəməyə verdi Да

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məhkəməyə verilib.
xia.az bildirir ki, məlumata görə, Eminova Xədicə Şükür qızı haqsızlığa uğradığını iddia edərək Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
Hakim Ramin Quliyevin icraatında olan məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - İşə bərpa və Əmək mübahisələri - Əmək haqqı tələbindən ibarətdir.
Bildirək ki, Eminova Xədicə Şükür qızı 252 saylı məktəbin direktoru vəzifəsində çalışıb.
Yerli mediada gedən məlumatlarda E.Xədicə vəzifədə olarkən "Milyonçu'' məktəb direktoru" kimi xarakterizə edilib.
Həmçinin mətbuatda gedən məlumatlara görə adı bir çox qalmaqallarda, rüşvətdə hallanıb.//32gun
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.