70 kiloqram qızılla tutulan hərbi atteşeni DTX həbs edib

Məmmədov Qəhrəman Şamil oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
xia.az bildirir ki, modern.az-ın məlumatına görə, müəyyən edilib ki, Məmmədov Qəhrəman Şamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 206.3.3 (ölkə hüdudlarından kənarda qaçaqmalçılıq) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Q.Məmmədovun əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işlədiyi və son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərdiyi barədə məlumatlar var.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.