Təhsilimiz etibarlı əllərdədir.

Hər kəsin şəxsiyyət kimi cəmiyyətdə mövqe tutmasında yəni təkcə iş həyatında deyil mədəniyyət və mənəviyyatına da təhsilin böyük təsiri vardır. Gənclərin maariflənməsi həm valideynləri, həm də ölkəmiz üçün çox əhəmiyyətli məsələdir.
Dahi şair Nizami Gəncəvi deyib:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Cəhalət dövründə Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə millətin maariflənməsi üçün çox çalışıblar.
Təhsil ocaqlarının vəzifəsi bilikli gənclər yetişdirməkdir.
Hər zaman aktual olan problemlərdən biri də şagirdlərdə dərsə marağın azalmasıdır. Məktəblilər daha çox ata-ana və müəllimlər tərəfindən oxumağa təkid edildikdə onlar kitab-dəftərdən uzaq olmağa çalışırlar. Bunu aradan qaldırmaq üçün valideynlər təhsilin keyfiyyətini, təlimin əhəmiyyəti ilə bağlı övladları ilə söhbət etsələr onlarda oxumaq həvəsi daha da güclənər.
Bu gün Xırdalan şəhər 2 nömrəli orta məktəbin direktoru Gülnaz Kərimova təhsilin,təlim tərbiyənin yüksək səviyyədə olması üçün müxtəlif tədbirlər həyata keçirir.
Valideynlərlə iş aparılması ilə yanaşı bəzi şagirdin ailə vəziyyəti və problemləri ilə maraqlanır. Müxtəlif köməkliklər göstərir, təhsilin davamiyyəti istiqamətində müəllimlərlə iş aparır. Bundan başqa Şəhid ailəlıri və Qazilərlə görüşlər təşkil edir. Vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə şagirdlərə müxtəlif bilgilər verilir.
Məktəbdə davamiyyət 100 faizdir. Müəllim kollektivi Gülzar Kərimovanın hörmətini saxlayır. Onunla öz fikirlərini bölüşür. Təhsilin keyfiyyətinin yüksəlməsi üçün birgə məsələləri müzakirə edirlər.
Qeyd edək ki, orta və ali təhsil müəssisələri üçün nəzərdə tutulan inkişaf təkliflərinin həyata keçirilməsi dövlət orqanlarının üzərinə düşsə də, bu işdə məktəb direktorları və müəllimləri, onların proseslərdə yaxından iştirakı həmin problemlərin həllinin sürətlənməsinə imkan yarada bilər.
Ona görə də ümid edirik ki, Gülzar müəllimə və onun kimi fədakar təhsil işçiləri qoyulan tələblərin öhdəsindən uğurla gələcəklər...
Polad İbadxanlı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.