Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun işində yeni təfərrüatlar üzə çıxıb. Onun casusluq versiyası üzrə təqsirləndirildiyi və Azərbaycana qarşı topladığı informasiyaları xaricə ötürdüyü iddia olunur.
“Qafqazinfo” Bizim.Media-ya istinadən xəbər verir ki, bu illər ərzində Əhmədov pulun hesabına geniş informasiya şəbəkəsi yaradıb.
Bu siyahıda tanınmış şəxslər, sənət adamları, “ziyalılar” və media rəhbərləri də olub.
Onlar 44 günlük müharibənin gedişi ilə bağlı yüksək rütbəli zabitlərdən aldıqları informasiyaları Əhmədova ötürüblər. O isə öz növbəsində toplanılan səs yazılarını, audio və video faylları Rusiyaya verib.
İddia olunur ki, artıq xüsusi xidmət orqanlarında Əhmədova məlumat verənlərin siyahısı da var, hətta o şəxslərin adlarının açıqlanacağı bildirilir.
***
Yeniçağ.az saytının məlumatına görə, mərhum polkovnik Babək Səmidlinin müharibə ilə bağlı yayılan səs yazısında sualları verən şəxs Fərhad Əhmədov olub.
Müharibə bitər-bitməz Fərhad Əhmədovla Babək Səmidlinin maşında gedərkən söhbət etdikləri və bu zaman da milyarderin onun səsini yazdığı düşünülür.
Babək Səmidlinin 23 noyabr 2020-ci il tarixində minaya düşərək şəhid olmasından bir neçə gün sonra, təxminən dekabrın 17-18-də məlum səs yazısı sosial şəbəkədə yayılmışdı. Saytın əldə etdiyi məlumata görə, şəhid ailəsinin xahişi ilə həmin səs yazısı saatlar sonra sosial şəbəkədən silinmişdi.
Həmin səs yazısının orijinalında danışan şəxsin Fərhad Əhmədov olması aydın bilinir. Onu da qeyd etmək lazımdır ki, Fərhad Əhmədovla Babək Səmidlinin Suqovuşanda, gölün kənarında videogörüntüləri də internet resurslarında mövcuddur.
Babək Səmidliyə məlum sualları verən şəxs Fərhad Əhmədov imiş - Yeni təfərrüatlar...

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.