Birinci Qarabağ müharibəsindəki hərbi əməliyyatlarda iştirak edən Azərbaycan xalqının igid oğlu, hərbçilər sülaləsinin layiqli davamçısı, peşəkar hərbçi Hamlet Hüseynov vəfat edib.
O, 1932-ci il mayın 9-da Salyan rayonunda anadan olmuşdur. Azərbaycanın bir sıra bölgələrində - Gədəbəydə, Tovuzda, Sumqayıtda, Bakının Nəsimi rayonunda hərbi komissarlıqlara rəhbərlik etmiş, Azərbaycan Respublikasının hərbi komissarının 1-ci müavini, Ordu korpusunun komandiri vəzifələrində çalışmışdır.
Torpaqlarımızın azad olunması uğrunda mübarizədə qəhrəmanlıqlar göstərmiş Hamlet Hüseynovun xatirələrindən:
"Ehtiyatda olmağıma, yaşımın 60-ı haqlamasına baxmayaraq, yenidən hərbi paltarımı geyinərək, düşmənlə son nəfəsədək döyüşməyi qərara almışam. 1992-ci il avqustun 8-də əməliyyat keçirildi. Əvvəl Gədəbəy rayonunun Başkənd aşırımını aldıq, hərbi qüvvəni yüksəkliklərdə möhkəmləndirdik. Daha sonra Krasnoselsk istiqamətində düşmənə ağır zərbələr endirdik. Erməni separatçıları və muzdluları xeyli sayda canlı qüvvə və hərbi sursat itirdilər. Başkəndi ələ keçirməklə tarixi torpağımızı əsirlikdən birdəfəlik qurtardıq".
Hamlet Hüseynov dövlətimiz tərəfindən bir çox orden və medallarla təltif olunmuşdur. Müstəqil Azərbaycanımızın hərbi tarixinə, həm də nəslin şərəf kitabına adını qızıl hərflərlə yazmaqla töhfəsini vermişdir.
Allah Rəhmət Eləsin!
Azərbaycan Respublikasının məşhur Polkovniki Hamlet Hüseynov vəfat etdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.