Bakıda metroda Fransa, Zelandiya, Koreya vətəndaşları vaqonları niyə boyayıb? - ŞOK SƏBƏB+EKSKLÜZİV

Metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Cənubi Koreya vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent və Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqonun ifadələri məlum olub.
xia.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo izahatında göstərdi ki, əməli incəsənət məqsədi ilə törətmiş, başqa ölkələrdə qanuni olduğundan burada da icazə olduğunu düşünmüşdür. Əlavə olaraq cərimə məbləğini ödəməyə hazır olduğunu bildirib.
1994-cü il təvəllüdlü Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent izahatında göstərib ki, əməli incəsənət məqsədi ilə törətmiş, başqa ölkələrdə qanuni olduğundan burada da icazə olduğunu düşünmüşdür. Əlavə olaraq cərimə məbləğini ödəməyə hazırdır.
1992-ci il tarixdə Cənubi Koreya, Seul şəhərində anadan olmuş P.Han Paul izahatında göstərdi ki, bu əməli heç bir pis niyyəti olmadan, incəsənət məqsədi ilə törətmiş, Misirdən turist olaraq gəlib. Əlavə olaraq cərimə məbləğini ödəməyə hazır olduğunu deyib.
Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barələrində 9832 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.//moderator.az
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.