Məlum olduğu kimi, ötən gün Xırdalanda “AAAF” Park Yaşayış kompleksində partlayış baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 4 nəfər yaralanıb. Partlayışın təsirindən evin divarı həyətə aşıb, yaxınlıqda parklanmış avtomobillərə ciddi ziyan dəyib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızmasıdır.
Hadisə baş verəndən sonra sözügedən yaşayış kompleksinin sakinləri sosial şəbəkələrdə uzun müddətdir qaz problemindən əziyyət çəkdiklərini xatırladıblar.
Onların bildirdiyinə görə, binalara verilən qazın təzyiqi oynayır, qaz qəfildən artıb-azalır, sönür-yanır. Vətəndaşların sözlərinə görə, bu problemlə bağlı "Azəriqaz" İstehsalat Birliyi də daxil olmaqla, bütün aidiyyəti qurumlara dəfələrlə şikayət olunsa da, heç bir tədbir görülməyib. Sakinlər iddia edirlər ki, ötəngünkü hadisə də məhz bu səbəbdən yaşanıb və növbəti dəfə başqa binada bənzər halın baş verəcəyi istisna deyil.
Problemlə əlaqədar "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin kompleksdə qazla bağlı hər hansı ciddi problem olmayıb: “Noyabrın 15-dən qış rejiminə keçilib. Bu rejimə keçəndə də qazın təzyiqini yoxlayırıq. Təzyiq normaya salınandan sonra mütəmadi o təzyiq altında qaz verilir. Həmin kompleksdə qazda ciddi problem olmayıb.
Əgər 3-4 gündür bu problem var idisə, partlayış niyə dünən baş verib? Bunun partlayışa heç bir dəxli yoxdur, partlayış sızma ilə bağlıdır. Həmin ailə mətbəxi eyvana keçirib. Bu, təzyiq nəticəsində partlayış deyil, sızma halıdır”.
Sakinlər partlayışa səbəb kimi qaz problemini göstərir - Rəsmi açıqlama

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.