Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2264,5 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
AAYDA-dan verilən məlumata görə, bu layihələrdən uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu 2020-ci ildə, uzunluğu 101,5 km təşkil edən “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (uzunluğu 22 km, 2-3 hərəkət zolaqlı) tikintisi başa çatdırılıb.
Tədbirlər Planına uyğun olaraq layihələrdən 12-nin icrasının 2023-cü, 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.
2023-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:
1. Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),
2. Bərdə-Ağdam avtomobil yolu ( 44,5 km, 4 hərəkət zolaqlı),
3. Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı),
4. Qubadlı-Eyvazlı avtomobil yolu (28,5 km, 2 hərəkət zolaqlı),
5. Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu (26,4 km, 2 hərəkət zolaqlı),
6. Horadiz-Tuğ-Azıx mağarası avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),
7. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70,4 km, 4 hərəkət zolaqlı),
8. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39,7km, 4 hərəkət zolaqlı),
9. Ağdam-Füzuli avtomobil yolu (64,8 km, 4 hərəkət zolaqlı),
10. Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu (45 km, 2 hərəkət zolaqlı),
11. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (112 km) İran İslam respublikası ilə bağlantısı və Araz çayı üzərində körpülərin tikintisi
12. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (1182,7 km, 2 hərəkət zolaqlı).
2024-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:
1. Əhmədbəyli - Füzuli – Şuşa avtomobil yolu (81,6 km, 4 hərəkət zolaqlı),
2. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri
2025-ci ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:
1. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123,9 km, 4-6 hərəkət zolaqlı ),
2. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81,6 km, 2-4 hərəkət zolaqlı),
3. Kəlbəcər-Laçın avtomobil yolu (76,3 km, 2-4 hərəkət zolaqlı).
2026-cı ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:
1. Ağdam şəhərinin daxili yollarının tikintisi.
Qarabağ və Şərqi Zəngəzurda bu yollar çəkiləcək - Tarix açıqlandı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.