Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda kriminal aləm üzvünü qətlə yetirməkdə təqsirləndirilən Tarzan Şamilovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Xia.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Tarzan Şamilov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il iyulun 16-da Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən bir gün sonra xəstəxanada ölməsi faktı ilə bağlı Goranboy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
İstintaq zamanı 1988-ci il təvəllüdlü Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurub çox sayda bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Tarzan Şamilova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Əhməd Ərəbov kriminal aləmdə "Kürd Amo", "Kürd Əhməd" kimi tanınıb. Onun mərhum kriminal avtoritet "Lotu Quli"nin yaxın adamlarından biri olduğu qeyd olunurdu.
Goranboyda "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxsə AĞIR CƏZA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.