Üç aydır aldadılan Mədəniyyət sahəsində işinə bərpa edilməkdə yalanlara və mənasız vədlərə məruz qalan Elçin Tağıyevin səsisinə səs verən olacaqmı?!
Xia.az xəbər verir ki, bu barədə Elçin Tağıyev öz sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Adil Kərimli
Goranboy Mədniyyətinin layiqli təmsilçisi olan bir kadra niyə bu sahədə yer yoxdur?
Bu sualı üç aydır səsləndirirəm və müsbət cavab ala bilmirəm.
Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Hörmətli Pərvin Kazımov bütün haqsızlıqları Siz Nazirliyin üzərində saxlayaraq Mədəniyyətin layiqli təmsilçisini işlə təmin etməkdən boyun qaçırdır.
03.09.2024-cü il tarixində idarə rəisi məni Goranboy Rayon Mədəniyyət Mərkəzində qəbul etdi və bildirdi ki, qısa zaman ərzində işim bərpa olunacaq. (bir həftə)
Yenidən sosial şəbəkəmdə müraciət ünvanladım. Dərhal edilən paylaşımın silinməsi xahişləri edildi eyni zamanda işimə bərpa ediləcəyinə zəmanət verdi. Arıq deyilən vaxtdan 30 gün belə keçdi və bir nəticə əldə edilmədi.
18 illik fəaliyyətim göz önündədir, xidmətlərim isə bütün ictimaiyyətə məlumdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il "Nizami İli" 2022-ci il "Şuşa İli" 2023-cü il isə "Heydər Əliyev" ili elan edilmişdir.
Həmin illər çərçivəsində Goranboy rayonu kənd və qəsəbələrində yüksək səviyyədə silsiləli tədbirləri keçirərək təşkilatçılığını edib sosial şəbəkələrdə ictimailəşdirən mədəniyyət işçisi kim olmuşdur?
Respublikanın 18 rayon və şəhərində (Beyləqan,Ağcabədi,İmişli,Lənkəran, Bərdə,Ağdam,Tərtər,Naftalan,Goranboy,Gəncə,Samux,Ağstafa,Daşkəsən,Mingəçevir, Ağdaş, Abşeron, Biləsuvar) torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Milli Qəhrəman, Şəhid və Qazi ailələri ilə görüşləri keçirərək anım və mövlud günlərində iştrak edib mədəniyyət adından çıxış edən mədəniyyət işçisi kim olmuşdur?
Üç rayonun İcra Hakimiyyətlərinin başçıları tərəfindən ( Goranboy Naftalan və Kəlbəcər ) göstərdiyi xidmətlərə görə "Fəxri Fərman" və "Təşəkkürnamə" ilə təltif edilən mədəniyyət işçisi kimdir? Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla ölkədə fəaliyyət göstərən "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin sədri polkovnik Mehdi Mehdiyevin imzası ilə "Vətənpərvərlik İşində Xidmətlərinə Görə" və "Vətən Naminə" medalları ilə təltif edilən mədəniyyət işçisi kimdir?
2021-ci ilin 20 sentyabr tarixindən 26 sentyabr tarixinə qədər Goranboy rayonunun kənd və qəsəbələrində Mədəniyyət işçiləri iə birgə bütün Şəhid və Qazi ailələri ilə "Şəhidlərimizi tanıyaq və tanıdaq" adlı layihənin təşkilatçısı kim olmuşdur ?
Bu suallar fəaliyyətimin bir qismidir cənab Nazir Adil Kərimli.
P:S Üç ay müddətində bildim ki, fəaliyyəti heçə bərabər olub, işlə təmin edilmək istəyən imtiyazlı vətəndaşlara (Şəhid, Qazi, Veteran ailə üzvülərinə) yalan vədlər verən Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəhbəri Pərvin Kazımov Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin ideologiyasını yaşadan, 30 illik həsrətimizə son qoyaraq adını və imzasını tarixlərə qızıl həriflərlə yazan, Azərbaycanı bütün dünyaya tanıdan Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müdrik siyasətini dəstəkləyən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğurlu addımlarını alqışlayan bir Mədəniyyət işçisini qəbul etmir.
Bu gündən belə gedib başqa bir sahədə şərəflə yenidən xidmət edərək fəaliyyətimi davam etdirərəm ki, əməyimə qiymət verməyən sönmüş Mədəniyyətə əyilmərəm.
Bu gün Mədəniyyət sahəsində orta məktəbi 2 qiyməti ilə bitirən, həqiqi hərbi xidmətə olmayan, vəzifəsini icra edəbilməyən və xidmətləri sıfra bərabər olanlar aylıq təqaüd alır bu qədər xidmətləri olub Dövlətini, torpağını və Prezidentini dəstəkləyən isə düşmən adlandırılır!
(Ardı gələn sayımızda)
Elçin Tağıyev: Gedib başqa sahədə xidmətimi davam etdirərəm ki, Mədəniyyətə əyilmərəm
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.