Türkiyədə baş verən zəlzələlərdən sonra həlak olan şəxslərin şəhid hesab olunub-olunmaması müzakirə mövzusudur.
Qonşu ölkədəki təbii fəlakət nəticəsində ölənlər arasında 4 azərbaycanlı tələbə ilə yanaşı, bir neçə nəfər azərbaycanlı da olub.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli suallara aydınlıq gətirib.
“Elm üçün evindən çıxıb hansısa bir ölkəyə gedən və yolda, hətta həmin o məkanda təbii əcəllə də dünyasını dəyişən insan şəhid sayılır. Hədislərdə qeyd olunur ki, elm arxasıyca gedib yolda və yaxud elm öyrəndiyi yerdə dünyasını dəyişən insanlar şəhid sayılır. Ona görə də bu mövzunu tələbələrə aid etmək olar. Onlar şəhidlik zirvəsinə ucalmış sayılır. Bu, islam dinin elmə verdiyi önəmin göstəricisidir”.
İlahiyyatçı zəlzələ nəticəsində həlak digər azərbaycanlılarla bağlı mövzuya da toxunub:
“Ayrı-ayrı hədislərdə qeyd olunur ki, məsələn, ruzi arxasıyca gedən də həmin yolda, o, iş uğrunda vəfat edərsə, şəhid sayılır. Məsələn, ruzi qazanan Allah yolunda döyüşmüş kimidir. Belə hədislər var. Bu kimi insanlara şəhidlik mövzusunu aid etmək olar”, - deyə o söyləyib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 km olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində Malatya İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə həlak olublar. Onların cəsədləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.
Dinimizə görə zəlzələdə ölən tələbələrimiz şəhid sayılır – Hacı Şahin

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.