Mədəniyyət Nazirliyində bir sıra ölkələrin rəssamları ittifaqlarının təmsilçiləri ilə görüş olub
Xia.az ın məlumatına görə, Sentyabrın 30-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Özbəkistan, Tacikistan, Qazaxıstan, Gürcüstan, Macarıstan rəssamlar ittifaqlarının təmsilçiləri və Ankara Rəsm və Heykəl Muzeyinin direktorundan ibarət heyətlə görüş keçirilib.
Bildirək ki, qonaqlar 28 sentyabr – 1 oktyabr tarixlərində Bakıda keçirilən növbəti "Xəzər" Biennalesi çərçivəsində ölkəmizə səfər ediblər.
Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli “Xəzər” Biennalesi platformasının əhəmiyyətini qeyd edib. Bildirib ki, ənənəvi layihə çərçivəsində Xəzəryanı və digər ölkələrdən rəssamlar, kuratorlar və ekspertlərin bir araya gəlməsi diqqətəlayiq hadisədir. Biennale ölkələrimiz arasında təsviri sənət sahəsində əlaqələrin genişlənməsinə öz töhfəsini verir, təcrübə mübadiləsinə münbit şərait yaradır.
Çıxış edən qonaqlar da biennalenin mədəni mübadilənin dərinləşməsində rolunu vurğulayıb, ortaq sərgilərin keçirilməsinin faydalı olacağını bildiriblər.
Görüşdə “Xəzər” Biennalesinin əhatə dairəsinin ildən-ilə genişlənməsindən məmnunluq ifadə olunub.
Adil Kərimli bir sıra ölkələrin rəssamları ittifaqlarının təmsilçiləri ilə görüşüb
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.