18 illik qüsursuz fəaliyyəti ilə Goranboy mədəniyyətini təmsil edən, müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyevin ideologiyasını ürəyində yaşadan, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının müdrik siyasətinin dəstəkçisi, ictimai-fəal Elçin Tağıyevi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən narazı salan kimlərdir?
Bu barədə Xia.az xəbər agentliyinə Elçin Tağıyevin özü məlumat verib:
"2006-cı ildən 2024-cü ilin iyul ayınadək Goranboy Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə işləmişəm. Sabiq Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevin hakimiyyəti dövründə maraqlar hesabına daimi işlə təmin edilməmişəm. Mədəniyyət sahəsindəki işimin daiməiləşməsi ilə bağlı dəfələrlə Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımovun qəbulunda olaraq köməklik edilməsini bildirmişəm.
01.07.2024-cü il tarixindən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilərək vəzifəmdən azad edilmişəm.
Regional idarənin rəisi Pərvin Kazımov isə bildirdi ki, həmin tarixdən mənim yenidən işimə bərpa olunmağımla bağlı Mədəniyyət Naziri Adil Kərimlinin ünvanına (razılıq məktubu) müraciət ünvanlanıb. Artıq iki aydan artıqdır ki, nazirlik məktuba cavab vermir.
Bu gün isə məlum oldu ki, Regional İdarənin rəisi Pərvin Kazımovun mənim işimə bərpa edilməyimlə bağlı hazırladığı təqdimat (razılıq məktubu) regional idarənin qapısından çölə çıxmayaraq idarə daxilində dəfn edilib.
Maraqlıdır bu qədər mədəniyyət sahəsi üçün çalışan, bütün tədbirlərdə mədəniyyət tərəfindən çıxışlar edərək mədəniyyətin nüfuzunu ucaldan bir şəxsin haqqında yazılan təqdimat kimləri narahat edib ki, məktub Nənazirliyə göndərilməkdənsə mənim xəbərim olmadan regional idarənin hər hansısa bir otağında dəfn edilib?!
Xatırladım ki, ötən il Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkədə "Heydər Əliyev" ili elan edilmişdir.
Həmin il çərçivəsində Goranboy rayonu kənd və qəsəbələrində yüksək səviyyədə silsiləli tədbirləri keçirərək sosial şəbəkələrdə ictimailəşdirən mədəniyyət işçisi kim olmuşdur? Respublikanın 18 rayon və şəhərində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri ilə görüşləri keçirərək anım və mövlud günlərində iştrak edib mədəniyyət adından çıxış edən mədəniyyət işçisi kim olmuşdur?
Üç rayonun İcra Hakimiyyətlərinin başçıları tərəfindən (Goranboy, Naftalan, Kəlbəcər) göstərdiyi xidmətlərə görə "Fəxri Fərman" və "Təşəkkürnamə" ilə təltif edilən mədəniyyət işçisi kimdir? Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla ölkədə fəaliyyət göstərən "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin sədri polkovnik Mehdi Mehdiyevin imzası ilə "Vətənpərvərlik İşində Xidmətlərinə Görə" və "Vətən Naminə" medalları ilə təltif edilən mədəniyyət işçisi kimdir?
Bu suallar fəaliyyətimin bir qismidir.
Düşünürəm ki, bu suallara cavabı işçi ilə nazir Adil Kerimlinin arasında narazılıq körpüsünü salmaqda rol oynayanlardır.
Mənim fəaliyyətim və xidmətlərim doğma el-obam olan qəhrəman Goranboyuma və bütöv Azərbaycana məlumdur.
Elçin Tağıyev Ölkə Prezidenti cənab İlham Əliyevə sadiq bir fəaldır.
Bu cür sadiqliyi və nümunəvi xidmətlərimi hesab edirəm ki, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi qəbul etmir. Əgər qəbul etsəydilər iki aydan artıqdır ki, mənə saxta və yalan vədlər verərək nazirliklə arada narazılıq salmazdılar,-Deyə Elçin Tağıyev bildirib".
Goranboyda Mədəniyyət işçisini Nazirdən narazı salan kimlərdir ?
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.