"Zənnimcə, uzun illərdir ki, nəzərdə tutulan İrana qarşı hərbi əməliyyatlara start verilib. Hərbi əməliyyatlar zamanı mülki əhalinin sıx yaşadığı obyektlərə və yaxud şəhərlərə zərbə vurulması nəzərdə tutulmur. Söhbət hərbi zavodlar, ballistik raketlərin saxlandığı hərbi bazalar, hərbi hava qüvvələrinin bazaları, eləcə də İranın siyasi rəhbərliyinin, dini liderlə Prezidentin sarayının vurulmasından gedir ".
Bunu Cebhe.info-ya açıqlamasında politoloq Qabil Hüseynli İranın hərbi anbarlarının vurulmasından danışarkən deyib:
"Nəticə etibarilə nəzərdə tutulan hərbi əməliyyatlar fasiləsiz xarakter daşıyacaq. Müəyyən ara fasilələrlə hücumlar yenidən təkrarlanacaq. Dəfələrlə səsləndirildi ki, İran özünü yığışdırmalı, qonşu dövlətlərə özünü normal aparmağı bacarmalı və nəhayət nüvə silahını yaratmağa can atmamalıdır. Bu, İrana xəbərdarlıq idi. İndi xəbərdarlığı eşitməyən İranı ciddi sürətdə cəzalandırmaq qərarına gəliblər. Hələ ki, bütün bunlar elə də irimiqyaslı hərəkətlər deyil. Amma yaxın vaxtlarda daha irimiqyaslı hərbi hücumların şahidi ola bilərik. Hələlik hərbi hücumlarda İsrailin adı hallanır. İstifadə edilən dronların Amerikaya məxsus olduğu bildirilir”.
Politoloq önümuzdəki günlərdə Səudiyyə Ərəbistanının da bu proseslərə qoşula biləcəyini istisna etməyib:
“ ABŞ daha fəal sürətdə prosesdə iştirak edə bilər. İsrail isə təkcə dronlar deyil, qırıcı təyyəraləri də işə salmaqla sözün həqiqi mənasında İranı "şül-küt" etmək hədəfini qarşıya qoya bilər".
Politoloq bildirib ki, İran üçün o qədər də xoş olmayan günlər başlayır:
"Hücumun mərkəzində mülki əhali yoxdur, hədəf SEPAH-ın hərbi arsenalı, hərbi istehsal sahələri, eləcə də İranın Müdafiə Nazirliyinin sistemindəki hərbi obyektlər, hava hücumundan müdafiə sistemləri, təyyarələr olacaq".
Azərbaycana qarşı terror edən İranın DİLİ QARNINA GİRİB... - FAKT BUDUR!

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.