“Bərpa olunan enerji bizim planlarımızın bir hissəsidir. Üç əsas enerji şirkəti ilə razılaşdıq və anlaşma memorandumu imzaladıq ki, biz 25 giqavat həcmində bərpa olunan enerji resursları əsasında həm quruda, həm dənizdə külək və günəş enerjisi istehsal edək. Bu, çox böyük potensialdır”.
Bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
Qara dənizin dibi ilə kabelin çəkilməsi barədə işlərin planlaşdırılmasının da önəmini vurğulayan dövlətimizin başçısı bildirib:
“Bu da Avropadakı tələbatla əlaqələndirilməlidir. Beləliklə, biz potensial əməkdaşlığımızı Avropa qitəsində görəcəyik. Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq”.
İlham Əliyev: “Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq”

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.