"Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası" təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın 4-cü hissəsinə uyğun olaraq yaradılmış Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyası (bundan sonra ‒ Məhvetmə Komissiyası) tərəfindən həyata keçiriləcək.
Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 5 gün müddətində həmin maddələr ibtidai araşdırmanı aparan orqan tərəfindən məhv edilməsi üçün Məhvetmə Komissiyasına təhvil veriləcək.
Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üçün Məhvetmə Komissiyasına təhvil verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə edilir.
Məhvetmə Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üsulunu, yerini və vaxtını müəyyən edir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 131-1.4-cü maddəsində nəzərdə tutulmuş müddəti keçməmək şərtilə həmin maddələrin məhv edilməsini həyata keçirir.
Məhvetmə Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üçün hazırlanması və məhv edilməsi prosesini 5 videoçəkilişdən istifadə etməklə həyata keçirir və bu barədə akt tərtib edir.
Məhvetmə Komissiyasının tərtib etdiyi aktda aşağıdakılar göstərilir:
1. aktın tərtib olunduğu yer və tarix;
2. məhvetmədə iştirak etmiş şəxslərin iş yeri, vəzifəsi, adı, atasının adı, soyadı;
3. məhvedilmənin əsası;
4. məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin adı, miqdarı, onların saxlanıldığı qab barədə məlumatlar;
5. məhvedilmə üsulu;
6. videoçəkilişdən istifadə və videoçəkilişi əks etdirən məlumat daşıyıcısının akta əlavə edilməsi barədə qeyd.
7. Akt məhvetmədə iştirak etmiş şəxslər tərəfindən imzalanır.
8. Aktın nüsxələri videoçəkilişi əks etdirən məlumat daşıyıcısı ilə birlikdə onu imzalamış hər bir şəxsə təqdim edilir və cinayət işinə əlavə edilməsi üçün ibtidai araşdırmanı aparan orqana, habelə məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhvetmə haqqında qərar qəbul etmiş məhkəməyə göndərilir.
9. Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, barəsində məhvetmə qərarı çıxarılmış narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin sonrakı istifadəyə verilməsi qadağandır.
Baş nazir narkotiklərin məhv edilməsi qaydasını təsdiqlədi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.