Rusiyanın artıq 2 il 3 aydan çoxdur ki, Azərbaycan Respublikası ərazisinin haykların məskunlaşdığı hissəsinə nəzarət edən "sülhməramlı" hərbi kontingenti öz funksiyalarından kənar işlər görməkdə davam edir. Belə ki, dünən - fevralın 19-da Xocavənd rayonunun işğaldan azad olunmamış ərazilərində növbəti "humanitar aksiya keçirən" kontingent üzvləri çoxuşaqlı erməni ailələrə, əlil uşaqlı ailələrə və "Böyük vətən müharibəsi" iştirakçılarına ərzaq bağlamaları paylayıblar.
Moderator.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının "sülhməramlı" kontngentə aid bölməsində məlumat yayılıb.
"Martuni(Xocavənd-S.L.) rayonunda çoxuşaqlı ailələrə, əlil uşaqlı ailələrə və Böyük Vətən Müharibəsi iştirakçılarına ərzaq bağlamalarının paylanması məqsədilə humanitar aksiya keçirilib" -məlumatda belə deyilir.
Xatırladaq ki, fevralın 18-də Rusiya hərbçiləri tərəfindən oxşar aksiya Xankəndi ərazisində də təşkil edilib.
Onu da qeyd edək ki, Azərbaycanın ictimaiyyəti, mediası, rəsmi qurumlarının, xüsusən də Müdafiə Nazirliyinin dəfələrlə xəbərdarlıqlarına rəğmən Rusiya "sülhməramlı" kontingentinin gündəlik dislokasya xəritələrində Azərbaycan Respublikasının sözügedəb ərazisindəki toponimlərin əksəriyyəti haykların qoyduğu qondarma adlarla göstərilməkdə davam edir...
`Sülhməramlı` adı altında Qarabağa burun soxan RUSLAR... - Təxribatçı mahiyyətlərini gizlətmirlər...

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.