Baş nazir Nikol Paşinyanın Almaniyaya səfəri bir daha sübut etdi ki, Ermənistan dünya və Avropa üçün elə də ciddi əhəmiyyət kəsb etməyən ölkədir. Çünki erməni siyasi dairələrinin, güclü lobbisinin ciddi-cəhdlərinə baxmayaraq Ermənistanın yeni dünya düzəninin formalaşması istiqamətində gedən geosiyasi proseslərdən kanarda qaldığının, yalnız maşının beşinci təkəri rolu oynadığının şahidi oluruq. Bu özünü Paşinyanın Almaniya kansleri Olaf Şoltsla da görüşdə açıq-aydın büruzə verib.
Kansler Olaf Şolts Paşinyanla birgə mətbuat konfransında Laçın dəhlizinin bağlanmasına toxunaraq problemin ölkələrin ərazi bütövlüyü prinsipinin, o cümlədən regionda təhlükəsizliyin təmin edilməsinin tərəfdarı olduğunu bəyan edib. Bununla da Almaniya kansleri diplomatiyanın dili ilə bildirib ki, məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkündür. Kansler Avropa İttifaqının sülhün əldə olunmasında aktiv rol oynadığını qeyd edərək deyib:
“Aİ Şurasının sədri vasitəçilik missiyasında iştirak edir və biz də səy göstəririk. Bu, həqiqətən çətindir”.
Bununla da Şolts Ermənistana mesaj verib ki, məsələ heç də onların düşündükləri kimi deyil.
Almaniya kansleri Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın Cənubi Qafqaz regionuna təsirlərinə toxunaraq deyib ki, əgər sülh istəyirsinizsə, Azərbaycanla razılaşmalısınız.
“Bu təsir ən çox Ermənistanın timsalında hiss olunur. Bu səbəbdən Ermənistan və Azərbaycanın uzunmüddətli həll qərarına gəlməsi vacibdir. Status-kvo davam edə bilməz və uzunmüddətli həll yolu tapılmalıdır. Bu mənada Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də Qarabağdakı insanların öz müqəddəratını təyinetmə hüququ baxımından sülh yolu ilə həllinə nail olmaq lazımdır. Bu prinsiplərin hamısı eyni dəyərə malikdir. Almaniya Şarl Mişelin səylərini dəstəkləyir”, - Şolts qeyd edib.
Mətbuat konfransında Şolts Ermənistanın Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmasındakı roluna da işarə edərək deyib ki, iqtisadi rəqəmləri izləyirlər. Şolts “ümid edirik ki, bu prinsiplərə əməl olunacaq” deməklə Paşinyanın diqqətinə çatdırıb ki, hər şeydən xəbərdarıq. Bu isə o deməkdir ki, erməni hiyləgərliyi heç də hər yerdə keçərli deyil, ağıllı olun. Bu səfər bir daha onu göstərir ki, İrəvanın Avropada dəstək axtarışı diplomatiyası uğursuzluqla müşayiət olunur. Sadəcə olaraq Avropadakı güclər də İrəvandan Cənubi Qafqazda maraqlarını təmin etmək üçün bir alət kimi istifadə edirlər.
Şoltsdan Ermənistan tərs şillə: “Azərbaycanla…”

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.