Daxili İşlər Nazirliyi (DİN) Xətai rayonunda marketə basqın edən şəxsin zərəsizləşdirilməsi iddiaları ilə bağlı sosial şəbəkədə yayılan fotolarla bağlı əhaliyə müraciət edib.
DİN-in Mətbuat Xidmətinin müraciətində deyilir:
“Bakıda marketdə silahlı basqınla əlaqədar sosial şəbəkələrdə yayılan fotoşəkillərin Xətai rayonunda olan hadisə ilə əlaqəsi yoxdur. Həmin fotoşəkilləri yaymamağı tövsiyə edirik”.
Qeyd edək ki, bu gün günorta saatlarında iki nəfər naməlum şəxs Xətai rayonunda mağazalardan birinə odlu silahla basqın edib.
Hadiə zamanı bir nəfər həlak olub, iki nəfər yaralanıb.
Sosial şəbəkələrdə guya silahlıların birinin zərərsizləşdirilməsi ilə bağlı fotolar yayılıb.
Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.