Nüfuzlu "The Economist" jurnalı dünya ölkələri arasında Rusiyaya geopolitik yaxınlıq reytinqini hazırlayıb.
Musavat.com xəbər verir ki, həmin reytinq cədvəlində Azərbaycan ilk onluqda ümumiyyətlə, yer almır. Yəni, Azərbaycan dünyada Rusiyaya geopolitik yaxınlığı olan ölkə kimi xarakterizə edilmir.
Ancaq Ermənistan haqqında eyni fikirləri söyləmək mümkün deyil. Belə ki, "The Economist" jurnalı Ermənistanı Belarusdan sonra Rusiyaya geopolitik yaxınlığı ən yüksək olan ölkə olaraq təqdim edir. Halbuki, Paşinyan hakimiyyəti son bir neçə il ərzində Rusiyadan qaçıb, Qərbə yaxınlaşma siyasəti yürüdür.
Görünür, Ermənistanın ikibaşlı oyunları artıq işə yaramır. Müasir dövrdə beynəlxalq ictimaiyyəti aldatmaq artıq əvvəlki kimi asan deyil. Və rəsmi İrəvanın Qərbpərəst siyasi manipulyasiyaları ifşa olunmaqda davam edir.
Qərb Ermənistanı Rusiyaya geri qaytarır - İrəvanın Kremlə geopolitik yaxınlığı ifşa olundu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.