“Ukraynadakı müharibə qlobal qida təhlükəsizliyi ilə bağlı yaranmış vəziyyət görünməmiş şoka səbəb olub. Qlobal ərzaq təhlükəsizliyi qarşıdakı 3 ildə ən aşağı səviyyəyə enəcəyi barədə xəbərdarlıq edirlər. Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi işlər görülməkdədir”.
Bunu baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.
“Cənab Prezident Azərbaycanda vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsini hökumətin qarşısında strateji vəzifə kimi qoyulub. Bu məqsədlə daxili bazarda əhalinin ərzaq təhlükəsizliyinin təminatı istiqamətində işlər görülməkdədir. Bu istiqamətdə qərarlar qəbul edilib. Ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı sahibkarlara güzəştli kreditlər, subsidiya ayrılıb, onlara vergi, gömrük güzəştləri tətbiq edilib”, - baş nazir qeyd edib.
Prezident bunu hökumətin qarşısında strateji vəzifə qoyub – Baş nazir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.