Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilmiş Bəhruz Əhmədov, Baş prokuror Kamran Əliyev tərəfindən Hərbi Prokurorluğun kollektivinə təqdim edilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev, prokurorluq orqanlarına göstərilən yüksək etimada, daima olan diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edərək dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq islahatlarının mütərəqqi nəticələrini qeyd edib, bu islahatların prokurorluq orqanlarında daha da dərinləşdiyini və prokurorluq fəaliyyətinin təkmilləşdiyini vurğulayıb.
Baş prokuror, həmçinin Hərbi Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlərin icrasının davam etdirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədilə zəruri tədbirlərin görülməsi, Konstitusiya və qanunlarla nəzərdə tutulan vəzifələrin daha məsuliyyətlə yerinə yetirilməsi, eləcə də bu sahədə digər dövlət qurumları ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Bundan sonra çıxış edən Hərbi prokuror Bəhruz Əhmədov göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək qanunla Hərbi Prokurorluq orqanlarının üzərinə qoyulmuş vəzifələrin layiqli şəkildə icra ediləcəyinə əminliyini bildirib. Hərbi Prokurorluğun bundan sonra da dövlətimiz və xalqımıza sədaqət və məsuliyyətlə xidmət edəcəyini deyib.
Yeni hərbi prokuror kollektivə təqdim olundu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.