Azərbaycan Suriyada növbəti xeyriyyə aksiyası keçirib.
Xia.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Müqəddəs Qurban bayramı münasibətilə cari ilin 7-8 iyun tarixlərində Suriyanın böyük dağıntılara məruz qalmış Dəməşqətrafı, Homs və Homsətrafı vilayətlərində "Azərbaycan xalqından qardaş Suriya xalqına ən səmimi təbriklər" şüarı altında yardım fəaliyyəti təşkil olunub.
Azərbaycanın Suriyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) müvafiq dəstəyi ilə müharibədən əziyyət çəkmiş 320 ailəyə qurban əti paylanıb. Xeyriyyə aksiyasının təşkil olunmasında Suriyanın "Həyat" Fondu, eləcə də "Səvaidul İhsən" (xeyirxah əllər) və "Bəsmətu Həyat" (həyatın gülüşü) adlı könüllü qrupları da iştirak edib.
Ərəb, türkman, çərkəz və ələvi əsilli ailələri əhatə edən xeyriyyə aksiyasının ilk günü Dəməşqətrafı vilayətinin Qərbi və Şərqi Quta rayonlarında, növbəti gün isə Homs və Homsətrafı vilayətlərində baş tutub. Həmin ailələrin böyük əksəriyyətini uzun sürən vətəndaş müharibəsi nəticəsində ərlərini itirmiş çoxuşaqlı qadınlar təşkil edib. İki gün ərzində ümumilikdə təxminən 1 500 insan sözügedən yardım fəaliyyətindən faydalanıb.
Qurban sovqatının təqdim olunduğu ailələr Azərbaycan xalqı və dövlətinə dərin minnətdarlıqlarını ifadə edərək, ən xoş arzularını çatdırıblar.
Prezident İlham Əliyevin müvafiq təlimatına uyğun olaraq Suriya əhalisi üçün ölkəmiz adından təşkil olunan humanitar yardım xarakterli fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan tərəfindən Suriya xaqlı üçün 200 ton həcmində humanitar yardım göndərilib. Bundan savayı, AIDA-nın dəstəyi və Suriyadakı səfirliyimizin təşkilatçılığı ilə cari ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində 1000 kimsəsiz uşaq üçün iftar süfrələri təşkil olunub.
Azərbaycan Suriyada növbəti xeyriyyə aksiyası keçirib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.