“Soçi görüşündən öncə İrəvan mövqeyini gücləndirib əlavə dəstək almaq üçün KTMT-nin sammitini keçirsə də, nəticə etibarı ilə yumşaq desək, çox uğursuz oldu. Soçi görüşünə gəldikdə isə deyə bilərəm ki, orada razılıqlar əldə edilib. Burada söhbət əldə edilən razılaşmanı cəmiyyətə necə çatdırılmasından gedir”.
Bunu Ermənistanın Hindistan və Almaniyadakı keçmiş səfiri Armen Martirosyan deyib.
Erməni diplomat bildirib ki, Ermənistanın sülh danışıqları ilə bağlı proseslərə təsir rıçaqları yoxdur: “Əgər təsir rıçağınız yoxdursa, deməli, sizin siyasətdə iştirak etmək, onu inkişaf etdirmək, həyata keçirmək bir yana, heç imkanınız da yoxdur. Yəni hər şey Əliyevdən və Rusiyanın buna nə qədər hazır olmasından asılıdır. Biz burada ən yaxşı halda ərizəçi rolundayıq və bu göz qabağındadır. Ona görə də gözləmək çətindir ki, Soçidə hansısa ciddi, əsaslı bəyanat olmalı idi”, - deyə Martirosyan qeyd edib.
Soçidə ilkin bəyanatın mətninin dəyişdirilməsi ilə bağlı səslənən fikirləri şərh edən erməni diplomatın sözlərinə görə, 25 illik diplomatik təcrübəmdən deyə bilərəm ki, tərəflər öz ideyalarını təqdim edirlər və kimsə onu redaktə etməyi öz üzərinə götürür: “Məncə, bunu Rusiya Xarici İşlər Nazirliyi edib. Bu, çoxtərəfli diplomatiyanın normal prosesidir. Bəyanatın hər kəs üçün məqbul olması üçün onun minimal spesifikliyi olmalıdır. Bu, yeni bir şey deyil, məni təəccübləndirmir, amma bizi narahat edən başqa məqamlar var. Daha çox gözləntilərimiz ola bilərdi... və bu olmadı”.
O əlavə edib ki, görüşdə Ermənistan güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri müstəsna olaraq suverenliyin qarşılıqlı tanınması əsasında müzakirə edib həll etməyə razılaşdı: “Sənəddə ən mühüm prinsip yarana biləcək bütün mübahisəli məsələlər tərəflərin ərazi bütövlüyü və suverenliyinin tanınması prinsipi əsasında həll olunmasıdır. Bu sənədin ən mühüm tezisi budur, digər maraqlısı isə odur ki, ümumiyyətlə, Qarabağdan söhbət gedə bilməz. Yəni Əliyev Qarabağ problemini həll etdiyini təsdiqləməyi bacardı və bu gün belə problemin olmadığını bəyan etdi. Hətta “münaqişə” sözü də mətndə yoxdur”.
Tərəflərin hansı məsələdə razılaşma əldə etməsinə gəldikdə erməni diplomat deyib ki, nəyin razılaşdırıldığı barədə məlumatı yoxdur: “Bunu cəmi 3 nəfər bilir. Başqa mənbələrdən aldığım məlumatları nəzərə alsaq, məndə belə bir təəssürat yaranır ki, razılaşmalar əldə olunub. İndi növbə siyasi texnokratlardadır, bunu cəmiyyətə necə çatdırmasıdır”.
Erməni diplomatdan etiraf: Soçidə razılaşma əldə olunub, qalır onun cəmiyyətə necə çatdırılması

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.